Koronavirusa ən çox yoluxma harda baş verir?

  • 2020.12.08 18:55
  • 1034 Baxış
Koronavirusa ən çox yoluxma harda baş verir?

Rusiyada Rospotrebnadzor qurumunun rəhbəri Anna Popova koronavirusa ən çox yoluxma riskinin olduğu yeri açıqlayıb.


Medicina.az xəbər verir ki, onun sözlərinə görə insanlar daha çox ictimai nəqliyyatda, metroda, avtobusda yoluxur.

Ona görə nəqliyyatda maska geymək, qorunmaq xüsusilə vacibdir.

Məhz nəqliyyatda təmiz hava dövriyyəsi yoxdur, social məsafə gözləmək mümkün deyil.

Popova Yeni ili evdə və ya bağda yalnız məhdud sayda ailə üzvləri ilə keçirməyi tövsiyə edib.