Koronavirusa görə 1 ay komada qalan müğənni sağalır

  • 2021.08.09 18:10
  • 1260 Baxış
Koronavirusa görə 1 ay komada qalan müğənni sağalır


Rusiyalı müğənni Maksim 25 gündən sonra ilk dəfə instagramda paylaşım edib.
O, reanimasiyadan palataya köçürüldüyünü bildirib.


Medicina.az xəbər verir ki, Maksim 1 ay əvvəl koronavirusa yoluxmuş, onun ağciyərləri 70% tutulmuşdu. Həkimlər onu süni komaya salaraq, süni tənəffüs aparatına qoşmuşdular.

Vəziyyəti ağır olan qadın xəstəliyə qalib gələ bilir.

“ Həkimlər məndən soruşdular ki, səncə neçə gün komada qalmısan. Dedim 2 gün. Onlar güldülər. Deyəndə ki, 1 aya yaxındır, mən buna inanmadım. Mən çox zəifləmişəm, gəzə bilmirəm, təngənəfəsliyim var.

Ağciyərlərim hələ uzun müddət bərpa olacaq. Bİr müddət də səhnəyə çıxa bilməyəcəm. Mən bütün həkimlərə, məmə dua edənlərə minnətdaram. Sayəbizdə hələ də bu dünyada yaşamağa davam edirəm. Əsas odur nəfəsim gedib-gəlir”.