Koronavirusa görə bağlanan 20 saylı məktəb açıldı

  • 2021.11.11 15:22
  • 886 Baxış
Koronavirusa görə bağlanan 20 saylı məktəb açıldı

Bakıda koronavirusa görə bağlanan 20 nömrəli məktəb-liseydə əyani tədris bərpa olunub.

Medicina.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-lisey üçün müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisəsində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Qeyd edək ki, 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı.