Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa könüllü yoluxmaq istəyənlər AXTARILIR

  • 2021.04.20 16:41
  • 1595 Baxış
Koronavirusa könüllü yoluxmaq istəyənlər  AXTARILIR

Böyük Britaniyanın Oksford Universitetinin alimləri maraqlı addım atıblar.

Medicina.az xəbər verir ki, alimlər virusa yoluxub və sağalan insanlar üzərində yeni peyvənd təcrübədən keçirmək istəyirlər. Lakin bu sınağın həyata keçirilməsi üçün isə həmin şəxslər yenidən Covid-19-a yoluxmalıdır.


Təcrübə üçün koronavirusa yoluxmaq istəyən 18-30 yaş arası könüllülər axtarırlar. Bu təcrübənin həyata keçirilməsində 57 könüllünün və 64 həkimin iştirakı gözlənilir. Aparılan tədqiqatlar zamanı insanların yenidən Covid-19-a yoluxmaması və gələcəkdə yoluxma ehtimalını sıfıra endirən peyvənd sınaqdan keçiriləcək.