Koronavirusa qarşı yeni sprey

  • 2021.08.02 15:25
  • 1495 Baxış
Koronavirusa qarşı yeni sprey

Estoniya alimləri COVID-19-a qarşı burun spreyi hazırlayıblar.


Spreyin orqanizmi virusun bütün məlum ştamlarından qoruduğu bildirilib.

“BioBlock” adlı spreyin laborator sınaqları onun “alfa”, “beta”, “qamma” və “delta” ştamlarına qarşı da təsirli olduğunu sübut edib.

Tibb vasitəsinin professor Mart Ustavın rəhbərliyi ilə “Icosagen” araşdırma qrupu tərəfindən hazırlandığı, “Chemi-Pharm” şirkəti tərəfindən istehsal olunaraq, satışa çıxarıldığı qeyd edilib.