Koronavirusa təkrar yoluxmamaq üçün nə etməli?

  • 2021.04.10 17:45
  • 3085 Baxış
Koronavirusa təkrar yoluxmamaq üçün nə etməli?

Koronavirusa ikinci dəfə, təkrar yoluxma halları artıb. Alimlər bunun 4-6 aydan sonra baş verəcəyini bildirir.


Bəs necə edək ki, birinci yoluxmadan sonra hələ də özünə gəlməyən orqanizmi təkrar yoluxmadan qoruyaq?

Medicina.az xəbər verir ki, rusiyalı həkim Sergey Dlin bunun üçün məsləhətlər verib.

Birincisi təmiz havada çox olmaq, gəzmək.
Daha çox yaşıl tərəvəzlər, yaşıl yarpaqlı tərəvəzlər yemək.

Yuxu 8-9 saatdan az olmamalıdır.
Yalnız yaxşı yuxu immun hüceyrələrini bərpa edir.


“ Bağırsaq mikroflorasını gücləndirmək, B, C, D vitaminlərini artırmaq, fol turşusu, maqniy, sink qəbul etmək lazımdır.


İmmun sistemi söndürən bir səbəb də mədə-bağırsağın xroniki iltihab xəstəlikləridir. Çünki immun müdafiə sistemi daha çox bu orqanlardadır. Əgər mədədə qastrit, yara, bağırsaqlarda iltihab varsa, bu insanlar çox viruslara yoluxa bilər”.