Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI

  • 2020.05.22 16:48
  • 2491 Baxış
Koronavirusa yoluxan idmançı  23 kilo ARIQLADI

ABŞ-ın San-Fransisko şəhərində tibb işçisi çalışan Mayk Şults idmançı bədən quruluşuyla seçilsə də, koronavirusa tutulduqdan sonra 23 kilo arıqlayaraq tanınmaz hala düşüb.

Koronavirusa yoluxan idmançı 6 həftə ərzində 23 kilo ARIQLADI - FOTO


43 yaşlı idmançı karantinn rejimi elan olunandan öncə Mayamidə mindən çox iştirakçısı olan tədbirdə olub. Həmin tədbirdə azı 38 nəfərdə "COVİD-19" virusunun olduğu aşkarlanıb.


9 gün sonra virusun əlamətlərini özündə hiss edən Mayk xəstəxanaya yerləşdirilib. Vəziyyət sürətlə pisləşdiyindən o, dörd həftədən çox xüsusi boru vasitəsiylə nəfəs alıb.

Şults 6 həftə yuxu dərmanı qəbul edib. 57 gün xəstəxanada qaldıqdan sonra sağalan Maykın çəkisi 90 kiloqramdan 63,5 kiloyadək azalıb.