Koronavirusa yoluxanların beynində kiçilmə baş verir - Elmi araşdırma

  • 2022.03.09 18:32
  • 1741 Baxış
Koronavirusa yoluxanların beynində kiçilmə baş verir  - Elmi araşdırma


Yeni elmi araşdırmada COVID-19 virusuna yoluxan insanların xəstəlikdən əvvəl və sonra beyinlərinin vəziyyəti MRT (maqnit -rezonans müayinə) vasitəsilə müqayisə edilib.


Bakupost.az xəbər verir ki, alimlər virusa yoluxub sağalmış insanların beyin ölçüsünün 0,2 – 2% arasında kiçildiyini, xüsusən beynin iybilmə və yaddaşa cavabdeh olan boz maddəsində də azalma müşahidə ediblər.

Bununla da kovidin beyinə ciddi təsiri bir daha sübut olunub.

Qeyd edək ki, xəstənin yaşı nə qədər çoxdursa, beyindəki bu dəyişikliklər bir o qədər çox və daimidir.

Aynur
BakuPost