Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu ötdü

  • 2020.10.26 09:45
  • 5369 Baxış
Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu ötdü

Dünyada 43 346 185 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, virusdan 1 159 093 xəstə ölüb, 31 904 913 nəfər sağalıb.

Asiyada 13 157 862, Şimali Amerikada 10 646 876, Cənubi Amerika 9 365 460, Avropada 8 411 158, Afrikada isə 1 727 897 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (8 889 179 nəfər), Hindistan (7 909 959 nəfər), Braziliya (5 394 128 nəfər), Rusiya (1 513 877 nəfər), Fransa (1 138 507 nəfər), İspaniya (1 110 372 nəfər), Argetina (1 090 589 nəfər) və Kolumbiyadır (1 015 885 nəfər).