Koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü

  • 2020.05.15 23:41
  • 7170 Baxış
Koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 594 min 365 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, virusdan ölənlərin sayı 306 min 530 nəfərdir. İndiyədək 1 milyon 739 min 10 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVİD-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 212-dən çox ölkədə qeydə alınıb.