Koronavirusa yoluxanların sayı 75 milyonu keçdi

  • 2020.12.22 00:54
  • 1185 Baxış
Koronavirusa yoluxanların sayı 75 milyonu keçdi
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 575 mindən çox artıb.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.


Məlumata əsasən, ötən sutka ərzində 575 551 nəfər yeni koronavirusa yoluxub, 9 267 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 75 704 857, ölənlərin isə 1 690 061 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.