Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxanların sayı 771 mini ötdü

  • 2021.01.08 23:43
  • 1465 Baxış
Koronavirusa yoluxanların sayı 771 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 771 mini keçib.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.


Məlumata əsasən, ötən sutka ərzində 771 527 nəfər yeni koronavirusa yoluxub, 13 696 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 86 749 940, ölənlərin isə 1 890 342 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.