Koronavirusa yoluxanların sayı 95 milyona çatır

  • 2021.01.17 11:53
  • 1302 Baxış
Koronavirusa yoluxanların sayı 95 milyona çatır
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 94 milyon 962 min 48 nəfərə çatıb.

Pandemiya qurbanlarının ümumi sayı 2 milyon 31 min 142 nəfərdir.


İndiyədək 67 milyon 778 min 586 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 111 min 690 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

COVID-19 virusuna ən çox yoluxma və ölüm halları ABŞ, Hindistan, Braziliya, Rusiya və Böyük Britaniyada aşkarlanıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.