Koronavirusa yoluxmuş tibb işçisi intihar etdi

  • 2020.12.26 17:22
  • 1523 Baxış
Koronavirusa yoluxmuş  tibb işçisi intihar etdi
Rusiyada yerləşən xəstəxanalardan birinin təcili yardım xidmətinin baş həkim müavini Natalya Lebedova koronavirusa yoluxduqdan sonra intihar edib.

Medicina.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən həkim özünü pəncərədən atıb və hadisə yerində keçinib.


Qadının həmçinin rəhbərlik tərəfindən tənqid olunduğu bildirilib. Onu özünü qorumamaqda və təcili yardımın bir neçə həkimini də virusa yoluxdurmaqda ittiham ediblər.

Qeyd edək ki, bu, Rusiyada ilk belə hal deyil. Eyni hadisə bir müddət əvvəl Krasnoyarsk şəhərində də baş verib və xəstəxanalardan birinin baş həkim müavini özünü pəncərədən atıb.