Koronavirusa yoluxub sağalanlara peyvənd lazım deyil - Professor Onişenko

  • 2021.05.27 17:12
  • 2658 Baxış
Koronavirusa yoluxub sağalanlara peyvənd lazım deyil  - Professor Onişenko


Rusiyanın eks baş sanitarı, alim Gennadiy Onişenko hesab edir ki, yeni kovid virusuna yoluxan şəxsləri peyvənd etmək lazım deyil.

Medicina.az xəbər verir ki, o, bu barədə TASS mətbuat konfransında deyib.

“İndi siz bir şeyi bilməlisiz. Əgər yoluxub sağalmısızsa, mən deyirəm, icazə də verirəm, peyvənd olunmaya bilərsiz. Yox əgər yoluxmamısızsa, gedin peyvəndinizi etdirin.

Kütləvi peyvəndləmədə birinci yoluxmalayanlar peyvənd olunmalıdır. 55 milyon insan yoluxub, bu 55 milyon peyvəndə qənaət edib, onu lazımi insanlara vurmaq imkanı deməkdir.


Ölkədə 50% kütləvi vaksinasiyaya nail olandan sonra, yoluxub sağalanlar arasında birinci kimlərin peyvənd olunması barədə düşünmək olar. Əvvəlcə ölkədə yoluxma mənzərəsi normallaşmalıdır.