Koronavirusda öskürək necə olur? - Özəlliyi

  • 2021.10.27 16:54
  • 3182 Baxış
Koronavirusda öskürək necə olur? -  Özəlliyi
Kovid zamanı öskürək digər respirator xəstəlik və zökəmdən fərqlənir.

Medicina.az xəbər verir ki, immunoloq Nkolay Kryuçkov kovid zamanı öskürəyin az produktiv, yəni bəlğəmsiz olduğunu bildirib.

“İltihab daha dərin baş verdiyi üçün bəlğəmin hasil olması çox çətinləşir və ya heç çıxmır. Öskürək güclü, quru, tutma şəkilli, bronxospazmla gedir. İnaq öskürəyinə bənzəyir. Amma virusa pnevmoniya qoşulubsa, əslində ağciyərlərdə bəlğəm olur, sadəcə onun çıxması çətindir.

Yüngül gedişatda öskürək zəif olsa da, uzun müddət davam edir və sona yaxın bəlğəm görülür. Əgər insan öskürürsə, pandemiyanı nəzərə alıb, birinci kovid yoxlanmalıdır. Hətta ən yüngül öskürək belə çox güman ki, kovid əlamətidir”.