Koronavirusdan ölənin meyitini yuyanda yoluxdular

  • 2020.05.20 17:19
  • 2381 Baxış
Koronavirusdan ölənin meyitini yuyanda yoluxdular

İndoneziyanın Sidoarco şəhərində Səhiyyə Nazirliyinin tövsiyələrinə baxmayaraq, koronavirusdan ölən şəxsi ölünü yuyublar.

Medicina.az xəbə verir ki, koronavirus diaqnozu qoyulan şəxs xəstəxanada həyatını itirib.

İnfeksiyanın yayılmasına qarşı qoyulan tələblərə rəğmən, qohumlar və qonşular ənənəvi dəfn ritualı keçiriblər, o cümlədən, mərhumun cəsədini tabutdan çıxararaq yuyublar.

Nəticədə, azı 15 nəfər koronavirusa yoluxub.

Son məlumatlara görə, İndoneziyada 18 496 nəfər koronavirusa yoluxub. Onlardan 1 221 nəfəri ölüb, 4 467 nəfəri isə sağalıb.