Koronavirusdan ölənlərin meyit müayinəsi nə göstərdi?

  • 2020.05.28 19:45
  • 8835 Baxış
Koronavirusdan ölənlərin meyit müayinəsi nə göstərdi?

ABŞ-ın Luizina Universitetinin alimləri Yeni Orleanda koronavirusdan ölən şəxslərin meyitlərinin yarılması və müayinəsi üzərində ilk araşdırmalarını aparıblar. Nəticələr Lancet Respiratory Medicine dərgisində çap olunub.

Medicina.az xəbər verir ki, meyitlərin müayinəsi zamanı ağciyərlərdə çox xırda damar və kapilyarların qan laxtaları və pıtraqları ilə tutulduğunu və ağciyərlərə qansızması aşkarlanıb, hansı ki, məhz bu vəziyyət xəstəni ölümə gətirib.

Eləcə də qanı sürətlə laxtalandıran D dimer zülal fraqmentlərinbin həddən artıq yüksəlməsi aşkarlanıb.

Maraqlıdır ki, qanda və damarlarda bu dəyişikliklərə baxmayaraq, ürəkdə miokardit baş verməyib.

Halbuki həkimlər virusun ürəyi zədələdiyini, ölümün bundan baş verdiyini düşünürdülər.

Meyiti müayinə olunanlar 40-70 yaş arası xəstələr idi, onların 70%-də yanaşı ağır xəstəliklər olub.

Eləcə də yarılma zamanı ağciyərlərdə əvvəlki SARS epidemiyası zamanı da çox rast gəlinən qaz mübadiləsi strukturunun zədələnməsinə də müşahidə ediblər.