Koronavirusdan ölənlərin sayı 2,5 milyonu ötdü

  • 2021.02.24 22:40
  • 1240 Baxış
Koronavirusdan ölənlərin sayı 2,5 milyonu ötdü
Dünyada koronavirusa görə həyatını itirənlərin sayı 2,5 milyonu ötüb.

Medicina.az xəbər verir ki, virusdan ölənlərin sayı 2 milyon 500 min 186 təşkil edir.


Bu günə qədər koronavirusdan ən çox ölüm ABŞ-da qeydə alınıb - 515 min 408 nəfər.

Ölümlərin sayında bu ölkəni 248 min 646 ilə Braziliya, 181 min 809 ilə Meksika, 156 min 713 ilə Hindistan, 121 min 747 ilə İngiltərə, 96 min 348 ilə İtaliya, 85 min 44 ilə Fransa, 84 min 430 ilə Rusiya, 69 min 341 ilə Almaniya, 68 min 79 ilə İspaniya, 59 min 736 ilə İran, 59 min 118 ilə Kolumbiya və 51 min 510 ilə Argentina izləyir.

Dünyada yoluxma sayı 112 milyon 820 min 588-ə çatıb, bunlardan 88 milyon 405 min 855-i sağalıb. 21 milyon 914 min 547 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 233 min 644 nəfər koronavirusa yoluxub. Onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir.