Koronavirusdan ölənlərin sayı 360 mini keçdi

  • 2020.05.28 23:36
  • 29973 Baxış
Koronavirusdan ölənlərin sayı   360 mini keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 860 min 133 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, virusdan ölənlərin sayı 360 min 46 nəfərdir. İndiyədək 2 milyon 540 min 977 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.