Koronavirusdan ölənlərin sayı 368 mini keçdi

  • 2020.05.30 21:05
  • 2998 Baxış
Koronavirusdan ölənlərin sayı 368 mini keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 85 min 994 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, virusdan ölənlərin sayı 368 min 447 nəfərdir. İndiyədək 2 milyon 695 min 860 nəfər xəstəlikdən sağalıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.