"Koronavirusdan ölənlərin sayı daha çoxdur" - Çinin ən böyük şirəkti - FOTO

  • 2020.02.07 10:41
  • 3068 Baxış
"Koronavirusdan ölənlərin sayı daha çoxdur" -   Çinin ən böyük şirəkti - FOTO
Çinin ən böyük video oyunları istehsalı ilə məşğul olan "Tencent" şirkəti, ölkədə koronavirusdan ölənlərin sayı haqqında paylaşım edib.

Medicina.az xəbər verir ki, məlumatda ölü sayı 24 min 589 nəfər olduğunu bildirib. Şirkət daha sonra bu məlumatını silib. Bu rəqəmlərlə rəsmi Çinin açıqladığı rəqəmlər arasında 80 dəfə çoxdur.

Qeyd edək ki, şirkətin infeksiyaya yoluxan xəstə sayı 79 min 808 nəfər göstərilir, rəsmi rəqəmlərdə isə bu say 14 min 446 nəfərdir.

Yayılan xəbərlər vətəndaşlarda ciddi narahatlıqlar yaradıb və hökumətin reallığı xalqdan gizlətdiyi iddialarını ortaya çıxarıb.