Koronavirusdan ölüm halları 95 faiz azalıb - Pandemiya bitir?

  • 2023.04.27 13:16
  • 982 Baxış
Koronavirusdan ölüm halları 95 faiz azalıb -   Pandemiya bitir?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu ilin əvvəlindən bəri koronavirus xəstəliyi nəticəsində qeydə alınan ölüm hallarının sayının 95 faiz azaldığı barədə məlumat verib.

ÜST rəhbəri bununla belə virusun hələ də təhlükə mənbəyi və ölümə bais olmasının davam etdiyini bildirib.

“Biz COVID-19 virusu nəticəsində qeydə alınan ölüm hallarının getdikcə azalmasından çox fərəhlənirik. Lakin “XBB.1.16” yeni variantın əmələ gəlməsi göstərir ki, virus hələ də dəyişilir və hələ də yeni xəstəlik və ölüm dalğaları yaratmağa qadirdir”, - deyə Qebreyesus qeyd edib.


ÜST başçısı ictimai səhiyyə sahəsində COVID-19 virusu ilə bağlı beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin bu il başa çatmasını elan edəcəyinə ümidvar olduğunu deyib:

“Lakin bu virus yox olmayacaq və bütün ölkələrin digər yoluxucu xəstəliklərlə yanaşı onun da öhdəsindən gəlmələri vacibdir”.