Koronavirusdan sağalan qadın 112 yaşını qeyd etməyə hazırlaşır

  • 2020.05.28 08:17
  • 1139 Baxış
Koronavirusdan sağalan qadın 112 yaşını qeyd etməyə hazırlaşır
111 yaşlı Çili vətəndaşı koronavirusa qalib gəlib.

Medicina.az xəbər verir ki, Xuanita adlı qadın Santyaqo qəsəbəsində qocalar evində yaşayır.

Qadın qorunmasına rəğmən onun COVID-19 testi müsbət nəticə vermişdi.

Koronavirusdan müalicə olunaraq sağalan ahılın iyul ayında 112 yaşı tamam olacaq.