Koronavirusa yoluxan xalq artisti: - "4 aya sağaldım, qorxu yaşadım"

  • 2021.02.23 15:42
  • 2279 Baxış
Koronavirusa yoluxan xalq artisti:  - "4 aya sağaldım, qorxu yaşadım"

"Səhhətimlə bağlı aylarla qorxu yaşadım. Uzun müalicədən sonra həkimlərin sayəsində sağlamlığıma qovuşdum. Başqa bir qorxum yadıma gəlmir, həmişə açıq sözlü olmuşam".

Medicina.az xəbər verir ki, bu sözləri axar.az-a müsahibəsində xalq artisti Gülyanaq Məmmədova bildirib.

O, avqust ayında koronavirusa yoluxduğu və necə sağaldığı barədə danışıb.

"Avqust ayında virusa yoluxdum, həm də güclü stress yaşadım deyə sağlamlığıma ziyan vurdu. 4 aydan sonra yaxşılaşdım.

O an insanı səhhətindən başqa heç bir şey maraqlandırmır. Dua edirdim ki, sağalım və yenidən gülərüzlə efirə çıxıb tamaşaçıların könlünü xoş edim.

Xəstəliyim müharibə dönəminə düşsə də, vətənpərvər mahnılar yazmağa davam edirdim. Canımda ağrı qalsa da, studiyalara gedib mahnı yazdırdım və əsgərlərimiz üçün ifa edirdim ki, ordumuza və dövlətimizə mənim də xidmətim olsun. Şəhidlər mövzusunda 10-dan çox mahnım var. Çalışdım ki, şəhid analarına ruh yüksəkliyi verim".