Koronavirusdan vaksinasiya gələcəkdə pnevmoniyaları çoxaldacaq – Mikrobioloq

  • 2021.05.03 17:54
  • 1748 Baxış
Koronavirusdan vaksinasiya  gələcəkdə pnevmoniyaları çoxaldacaq  – Mikrobioloq


Koronavirusdan kütləvi vaksinasiya daha bir neqativ təsir edə bilər.

Medicina.az xəbər verir ki, bunu rusiyalı mikrobioloq, hərbi tibb üzrə polkovnik Mixail Supotniçskiy bildirib.

O, təhlükəli infeksiya epidemiyalarının araşdırılması üzrə müəllifdir.

Mikrobioloqun sözlərinə görə, insanlarda antitel yaransın deyə kütləvi vaksinasiya virusla mübarizədə çıxış yolu deyil.
Orqanizmdə həddən artıq çox antitel olanda əksinə. xəstəlik sürətlə və gizli irəliləyə bilər. Beləcə, ağır pnevmoniyaların sayı artacaq.

Covidin sürətlə mutasiyası da vaksinləşmədə problem yarada bilər.

Əgər yayılan mutasiya peyvənd olunan virusdan fərqlidirsə, insanda antigen imprintinq yaranacaq. Yəni immun sistem virusu heç görməyəcək və yeni mutasiya sürətlə bədəndə yayılacaq.

Antitellərlə yeni virusun toqquşması ağır pnevmoniya ilə nəticələnir.