Koronavirusla bağlı vacib XƏBƏR - Ağızda əriyən vaksin hazırlandı!

  • 2021.07.01 16:56
  • 1318 Baxış
Koronavirusla bağlı vacib XƏBƏR -  Ağızda əriyən vaksin hazırlandı!
Koronavirusa qarşı ağızda əriyən peyvənd hazırlanıb.

Medicina.az xəbər verir ki, Kanadalı alimlər bununla bağlı çalışmaların aparıldığını deyiblər.

Araşdırmada iştirak edən Kanada biotexnoloji şirkətin baş direktoru Mark Upsdell lent şəklində olan yeni vaksinin daha əlçatan olacağını deyib:

“Kovid-19-a qarşı mübarizədə istifadə olunan Pfizer və Moderna kimi peyvəndlər daima 15 ilə 80 dərəcə arasında soyuqda qalmalıdır. Komandamızın hazırladığı yeni vaksin isə 40 dərəcəyə qədər effektlidir. Bu isə oyunun qaydalarını dəyişir. Dünyadakı ölkələrin 60 faizi (və ya daha çoxu) isti zonadadır. Bu ölkələri nəzərə alaraq, soyuq ortama ehtiyac olmadan həmin ölkələrə də peyvənd göndəriləcək. Bu vaksinləri zərf də belə göndərmək mümkün olacaq. Daşınma xərcləri isə çox aşağı olacaq”.


Qeyd edək ki, mütəxəssislər heyvanlar üzərində aparılan ilkin sınaqdan müsbət nəticələr əldə etdiklərini bildiriblər. Hazırda isə ikinci mərhələnin sınaqları davam etdirilir.