Koronavirusla bağlı vəziyyət sabitləşib - ÜST-dən şad XƏBƏR

  • 2021.07.06 11:25
  • 1055 Baxış
Koronavirusla bağlı vəziyyət sabitləşib -  ÜST-dən şad XƏBƏR
Son iki həftə ərzində dünyada koronavirusa yoluxma halları ilə bağlı vəziyyət "çox yüksək səviyyədə sabitləşib".

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan deyib.

M.Rayan bildirib: "Son iki həftə ərzində yoluxma qrafikinə baxsaq, bir növ sabitləşmə olduğunu, lakin bunun çox yüksək səviyyədə olduğunu görə bilərik". Qeyd edək ki, ötən həftə ərzində dünyada koronavirusa 2,6 milyon yoluxma və 54 min ölüm halı qeydə alınıb.

Onun sözlərinə görə, hazırda dünyada epidemioloji vəziyyət "2-3 ay əvvəlkindən daha yaxşıdır". Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə yoluxma hallarının sayında kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım qeydə alınıb.

Proqram direktoru qeyd edib ki, bu hal koronavirusun yeni, daha çox yoluxucu ştammlarının ortaya çıxması, ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və insanlar arasındakı təmasların artması da daxil olmaqla müxtəlif amillər səbəbiylə baş verir.