"Koronavirusla mübarizədə 2 yolumuz var, biz birini seçdik" – Təbib sədri

  • 2020.05.29 18:30
  • 2606 Baxış
"Koronavirusla mübarizədə 2 yolumuz var, biz birini seçdik"      –  Təbib sədri


Azərbaycanda son karantin yumşalmalarından sonra yoluxma sayı artan dinamika üzrə gedir. Biz karantin rejimi ilə tibb müəssisələrimizin hazırlanmasını təmin edə bildik.

Medicina.az xəbər verir ki, bunu bu günkü brifinqdə Təbib sədri Ramin Bayramlı deyib.

“Son 10 günü xarakterizə etsək, görürük ki, vətəndaşlarımız qaydalara əməl etmədiyi üçün artım var. Biz koronavirusu məhdudlaşdırmaq istəyiriksə, 2 çarə,2 yolumuz var. Ya ciddi, sərt karantin rejimi tətbiq etməliyik. Ya da bütün dünyanın getdiyi, tətbiq etdiyi qaydalara əməl edib, özümüzü qorumaqla yumşaq karantin rejimində yaşamaq. Biz ikinci yolu seçdik, burda da yoluxma vətəndaşlarımızın davranışından asılıdır”.