Koronavirusla qripin əsas fərqi nədir? - İnfeksionistdən açıqlama - VİDEO

  • 2020.02.29 12:28
  • 9215 Baxış
Koronavirusla qripin əsas fərqi nədir? -   İnfeksionistdən açıqlama - VİDEO
"Koronavirusun qripdən əsas əsas fərqi alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratma özəlliyidir".

Medicina.az xəbər verir ki, bu sözləri həkim-infeksionist Fərrux Sədirov AzTv-nin efirində yayımlanan "Hədəf" verilişində koronavirusun xüsusiyyətləri barədə danışarkən deyib.

Mütəxəssis qeyd edib ki, bu virusun əsas əlamətləri 38 dərəcədən yüksək olan qızdırma, baş ağrısı və burun tıxanıqlığıdır:

"Bu virusa yoluxanların cəmi 5 faizində xəstəlik ağırlaşır. 81 faiz onu yüngül, 14 faiz isə orta ağır keçirir".