Koronavirusu 10 saniyədə aşkarlayan cihaz yaradıldı - Türkiyədə

  • 2021.01.04 14:08
  • 943 Baxış
Koronavirusu 10 saniyədə aşkarlayan cihaz yaradıldı -  Türkiyədə

Türkiyəli alimlər qabaqcıl optik texnologiyadan istifadə edərək cəmi 10 saniyədə koronavirus infeksiyasını müəyyən edən cihaz hazırlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə cihazın hazırlandığı Bilkent Universitetinin rəsmi veb-saytında məlumat verilib.

“Bu cihazla ağız suyundan götürülən nümunədə ən geci 10 saniyə ərzində COVID-19 infeksiyasına səbəb olan virusu aşkar etmək olar”, - deyə açıqlamada qeyd olunub.

Cihaza "Diagnovir" adı verilib.

Cihaz aparılan pre-klinik tədqiqatlarda virusların aşkarlanmasında 99% effektivlik göstərib.

“Diagnovir”in kütləvi istehsalına başlayacağı planlaşdırılır.