Koronavirusu məhv etmək üçün çarə tapıldı

  • 2020.05.28 14:54
  • 2058 Baxış
Koronavirusu məhv etmək üçün çarə tapıldı


ABŞ-ın Rokfeller Universitetinin alimləri koronavirusdan sağalan xəstələrdə COVID-19-a təkrar yoluxmanın qarşısını ala bilən antitellər müəyyən ediblər.


Alimlər sübut ediblər ki, koronavirusun yayılmasını dayandıra biləcək peyvənd hazırlamaq mümkündür.


Təcrübədə koronavirusdan sağalan 149 xəstə iştirak edib. Onların hamısı antitellər və immun B hüceyrələri olan qan plazması bağışlayıblar. Məhz B hüceyrələri koronavirusa qarşı antitel istehsal edir. Plazma zərərsizləşdirilmiş koronavirusla birləşdirilib.

Tədqiqat nəticəsində alimlər təcrübədə iştirak edənlərin 33 faizində plazmanın neytrallaşdırma qabiliyyətinin müəyyən olunmuş səviyyələrdən aşağı olduğunu aydınlaşdırıblar.

Elm adamları inanırlar ki, anadangəlmə immunitet səbəbi ilə bu insanlarda elə ilk mərhələdə orqanizm virusu məhv edib.

Mütəxəssislər virusun təsirini effektiv şəkildə aradan qaldıran 40 antitel müəyyən ediblər.