Koronavirusu simptomsuz keçirənlər evdə müalicə olunacaq – RƏSMİ

  • 2020.05.29 18:58
  • 4455 Baxış
Koronavirusu  simptomsuz keçirənlər evdə müalicə olunacaq    –  RƏSMİ


Azərbaycan yeganə dövlətlərdəndir ki, asimptomatik xəstələrin, yəni virusu simptomsuz, yüngül keçirənlərin də xəstəxanalarda müalicəsini təmin edib. Bu zaman bütün xərcləri dövlət çəkir, müşahidə altında saxlayır.

Medicina.az xəbər verir ki, Təbib sədri Ramin Bayramlı ölkədə asimptomatik xəstələrin artmasına görə bundan sonra bu xəstələrin evdə müalicəsini aparmaq üçün protokollar hazırlanır. Bu xəstələrin çoxalması səbəbindən xəstəxanalarda yerlər dolub.

"Gələcəkdə testi pozitiv çıxan və xəstəliyi yüngül keçirənlərin evi tərk etmədən, sahə həkiminin müşahidəsi altında olması təşkil ediləcək. Buna da az qalıb. Evi tərk edən pozitiv xəstə ciddi məsuliyyətə cəlb olunub, cəzalandırılacaq".