Koronavirusu yüngül, yoxsa orta keçirirsiz?- Necə bilməli?

  • 2020.12.15 15:13
  • 2131 Baxış
Koronavirusu yüngül, yoxsa orta keçirirsiz? - Necə bilməli?


Koronavirus infeksiyasının payız mutasiyası aqressivliyi və daha sürətli inkişafı ilə özünü göstərir.

Medicina.az xəbər verir ki, evdə müalicə alan yüngül xəstələr də 6 gün içində orta-ağır dərəcəyə keçə bilər.

Qeyd edək ki, insan virusu orqanizminə buraxdıqdan sonra 3-8 gün ərzində hələ yoluxduğunu bilməyə, özünü normal hiss edə bilər. Amma bu zaman o, ailəsi və ətrafı üçün təhlükəli olur.
Xəstəliyin yüngül, orta və ağır mərhələsinin öz əlamətləri olur:

Yüngül forma – hərarət 37,2- 38 arası dəyişir

Saturasiya – yəni qanda oksigenin miqdarı – 97-98 faiz
Tənəffüs tezliyi – yəni nəfəslma say dəqiqədə – 20-ə qədər

Orta forma – hərarət 38-dərəcədən yuxarı

Hədsiz halsızlıq
Saturasiya – 93-95
Tənəffüs sayı – 22-dən yuxarı
Təngnəfəslik
Kt müayinədə ağciyərlərin zədələnməsi – 10-20 faiz
Qanda C reaktiv zülal göstərici – 10 mq –dan yuxarı

Ağır forma

Hərarət – 39-40
Tənəffüs sayı – dəqiqədə 30-a çatır
Saturasiya – 93 və daha aşağı
Təzyiq 90-60a düşür və ya çox qalxır
Ağciyərlərin zədələnməsi – 30-40%
Ciddi təngnəfəslik, huşun itməsi dərəcəsində halsızlıq