Koronavirusun ağır keçmə səbəbi tapıldı

  • 2020.11.09 14:04
  • 5776 Baxış
Koronavirusun ağır keçmə səbəbi tapıldı


İngiltərəli həkimlər koronavirusun ağır gedişatının səbəbini tapıb

D vitamini çatışmazlığı olanlar koronavirus infeksiyasını ağır keçirir.

Medicina.az xəbər verir ki, bu barədə ingiltərəli alimlər məlumat verib.

“Vitamin D çatışmazlığı şiddətli koronavirus xəstəliyi üçün dominant risk faktorudur”, - tədqiqat müəlliflərindən Qaret Devis bildirib.

Həkimlər COVID-19-dan infeksiya və ölüm statistikasını araşdırıb. Günəş şüalarının az olduğu bölgələrdə koronavirus ağırlaşması halları daha tez-tez qeydə alınır. Bu da D vitamini çatışmazlığı ilə ələqəlidir. Həkimlərin fikrincə, D vitamini orqanizmi infeksiyadan qoruduğundan immunitet üçün çox vacibdir.

Yeni tip virus ACE2 zülalını tükəndirir, immun sistemi çox şiddətli reaksiya verdikdə və bədən toxumalarına zərər verən nəzarətsiz iltihaba səbəb olduqda sitokin fırtınasına səbəb olur. Lakin kifayət qədər vitamin səviyyəsi bunun baş verməsinin qarşısını ala bilər.

Buna baxmayaraq, mütəxəssislər araşdırmalar aparmağın lazım olduğunu qeyd ediblər.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.