Koronavirusun ən dəhşətli Afrika ştammı Türkiyəyə çatdı- Səhiyyə naziri

  • 2021.02.04 11:13
  • 881 Baxış
Koronavirusun ən dəhşətli Afrika ştammı Türkiyəyə çatdı - Səhiyyə naziri

Türkiyədə koronavirusun yeni mutasiyaları aşkarlanıb.

“Haber Global” məlumat verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində yazıb.

“Ölkəmizdə koronavirusun Britaniya ştammı ilə yanaşı, iki nəfərdə Cənubi Afrika, bir nəfərdə isə Braziliya növü aşkarlanıb. Xəstələr və onlarla əlaqədə olan insanlar xəstəxanalarda təcrid ediliblər”, - deyə nazir bildirib.