Koronavirusun ikinci ili daha çətin olacaq- ÜST niyə ümid vermir?

  • 2021.01.14 15:40
  • 1491 Baxış
Koronavirusun ikinci ili daha çətin olacaq - ÜST niyə ümid vermir?

Koronavirus pandemiyasının ikinci ili bəşəriyyət üçün birincisindən daha təhlükəli ola bilər.

Medicina.az xəbər verir ki, ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan deyib.


“Biz pandemiyanın ikinci ilinə qədəm qoyuruq və bu il koronavirusun yayılma dinamikasını nəzərə alsaq, daha çətin ola bilər”


ÜST rəsmisi əlavə edib ki, son iki həftə ərzində quruma daxil olan məlumatlar yoluxmanın yenidən pikə qalxdığını göstərir.

ÜST artıq ikinci ildir ki, pandemya barədə ümidverici proqnoz vermir. Peyvəndləmədən sonra da bu proqnozlar məcrasını dəyişməsə, deməli, koronavirus hələ uzun müddət bəşəriyyəti təhdid edəcək.