Koronavirusun istənilən ştamı “canlı vaksin”dir, insanı öldürə də bilər - ALİMLƏR

  • 2022.01.17 15:32
  • 1647 Baxış
Koronavirusun istənilən ştamı “canlı vaksin”dir, insanı öldürə də bilər -  ALİMLƏR
Kovidin istənilən ştammı, o cümlədən Omikron canlı vaksin rolunu oynaya bilər. Əgər insan xəstələnib sağalırsa, deməli vaksin almış hesab olunur.

Medicina.az xəbər verir ki, bunu Qamalei mərkəzinin direktoru Aleksandr Qinçburq bildirib.

“Hazırda dövr edən bütün ştamlar canlı vaksin ola bilər. Əgər insan xəstəliyi ayaqüstü keçirdisə, elə hesab edin ki, peyvənd olundu. Lakin heç kim belə vaksinasiyanın sonunun, nəticəsinin necə olacağını deyə bilməz. Sputniklə vaksin olunmaq daha təhlükəsizdir. Canlı vaksin insanı öldürə də bilər, özünü təhlükəyə atmayın, vaxt var ikən ölü vaksinlə qorunun”

Qeyd edək ki, bütün alimlər OMİKRONUN canlı vaksin rolunu oynayacağını və bununla da pandemiyanın zəifləyib bitəcəyini proqnoz ediblər.