Koronavirusun “Lambda” variantı da dünyaya yayılır - Buna qarşı vaksin təsirlidirmi?

  • 2021.07.08 17:09
  • 1122 Baxış
Koronavirusun “Lambda” variantı da dünyaya yayılır -  Buna qarşı vaksin təsirlidirmi?
Koronavirusun “Delta” variantı bitmədən yeni ştamm “Lambda” dünya ölkələrinə yayılmaqda davam edir.

Medicina.az xəbər verir ki, 2020-nin dekabrında Peruda aşkarlanan və mütəxəssislər tərəfindən C.37 olaraq adlandırılan “Lambda” variantı hər keçən gün daha çox ölkəyə yayılır. Artıq “Lambda” ştammı 26 ölkəyə yayılıb. Mütəxəssislər isə vaksinin bu ştamma qarşı effektli olmaması ilə bağlı narahatdırlar.

“New York Post”un xəbərinə görə koronavirus səbəbi ilə ən çox insan ölən Peruda təxminən 10 nəfərdən 1-i virusdan həyatını itirir.