Koronavirusun müalicəsində antidepressant effektli oldu

  • 2020.11.16 17:00
  • 1801 Baxış
Koronavirusun müalicəsində antidepressant effektli oldu

Vaşinqton Universitetinin alimləri bir qrup könüllü üzərində fluvoksamin tərkibli antidepressantin COVİD virusuna təsirini yoxlayıb.

Medicina.az xəbər verir ki, mütəxəssislər xəstəliyin ilk əvvəlində bu preparatın qəbul edilməsinin ağırlaşma və hospitalizə olunmaqdan qoruduğunu təsdiq edib.

Belə ki, könüllülərdən bu dərmanı qəbul edənlərin heç biri reanimasiyaya düşməyib.

İlk 7 gündə dərman xüsusilə effektivdir.

Hazırda Fluvoksamin psixiatriyada obsessive – kompulsiv pozuntularda yazılır.

Preparat virusun nəticəsi olan Sitoken fırtınasının qarşısını alır.

“İndi bizim əlimizdə real nəticələr var, ucuz preparat ağır xəstələrin sayını azalda bilər” – deyə alimlər bildirib.