Koronavirusun növbəti dalğası nə vaxt gözlənilir? - İmmunoloqdan Proqnoz

  • 2022.03.28 14:58
  • 2260 Baxış
Koronavirusun növbəti dalğası nə vaxt gözlənilir?  - İmmunoloqdan Proqnoz


Koronavirus yenidən alovlanacaqmı, yoxsa Omikronla hər şey bitdi?

Bakupost.az xəbər verir ki, immunoloq Nikolay Kruçkov Rusiyada payız və qışda yeni böyük dalğanın olacağını bildirib.

“Bu dəfə Omikronun BA.2 versiyası dalğa yaradacaq. Yoluxma rəqəmləri sonuncu dalğadakı kimi gündə 200 min olmasa da, sutkalıq 25-35 min arası olacaq. Hazırda xəstəlik elə zəif keçir ki, testə tələbat düşüb, insanlar əvvəlki kimi test üçün tələsmir.
Bu da statistikanı dəyişir.

Amma dalğanın birdən başlayıb artacağını hiss etməyəcəyik. BA.2 versiyası artıq bütün iri şəhərlərdə var. Hazırda dominant odur. Yayda yoluxma bir az səngisə də, payızda və qışda pandemiya dalğaları öz gücünü göstərəcək”.


Aygün Musayeva
BakuPost