Koronavirus su samurundan insana keçdi - Alimlər təsdiqlədi

  • 2020.05.20 18:33
  • 4100 Baxış
Koronavirus su samurundan insana keçdi  - Alimlər təsdiqlədi


Niderlandın xəzlik heyvan fermasında koronavirus infeksiyasının su samurundan insana yoluxması qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Kənd təsərrüfatı nazirinin parlamentə ünvanlanan məktubunda deyilir.

Ötən ay Niderlandın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Şimali Barbant əyalətində iki xəzlik heyvan fermasında yaşayan su samurlarında COVID-19-a yoluxma qeydə alınıb. İyirmi mindən çox su samurunun yaşadığı fermalar ölkədə koronavirus epidemiyasının episentrindədir. Heyvanlar onlarda virusun əlamətlərinin yaranmasından, o cümlədən nəfəsalma ilə bağlı problemdən sonra testdən keçirilib.

Hakimiyyət orqanları ehtiyat tədbiri kimi fermalara girişi məhdudlaşdırıb, ancaq bildirilib ki, virusun heyvanlardan insana yoluxması riski yoxdur.

Niderlandın su samurlarının yetişdirilməsi üzrə iki fermasında koronavirus aprelin ikinci yarısında aşkarlanmışdı.