Koronavirusun yeni bəlası - Antitellər orqanizmə hücum edə bilər

  • 2021.01.04 18:51
  • 2076 Baxış
Koronavirusun yeni bəlası -  Antitellər orqanizmə hücum edə bilər


Koronavirusdan sağalanlar ümidlə antikorlar – antitellərin yaranmasını gözləyir, arzulayır və bunun üçün xüsusi analizlər verirlər. Antitellər artıq insanın koronavirus keçirdiyini və orqanizmdə virusu tanıyan immun cavabın yarandığını göstərir. Koronavirusa qarşı peyvənd də məhz orqanizmdə belə antitellər yaranması üçündür.

Lakin alimlər antitellərlə bağlı bədbin proqnoz veriblər.

Medicina.az xəbər verir ki, İyel universitetinin alimləri koronavirusdan sağaldıqdan sonra antitellərn nəinki virus qalıqlarını yox etdiyini, eləcə də orqanizmdə sağlam hüceyrələrə də hücum edib, onları da məhv edə bilər. Ona görə də xəstələrdə sağaldıqdan sonra ürək, damar, baş, bədən ağrıları, müəyyən problemlər yaşanır.

Elmi tədqiqat göstərib ki, antitellərlə yanaşı yaranan autoantitellər virus hissəciklərinin bədəndə bölünüb çoxalmasının qarşısını alır. Amma autoantillər orqanizmdə autoimmun prosesi də aktivləşdirir və immunitet özü öz sağlam hüceyrələrinə - damar, beyin, qaraciyər, mədə və s. əks hücum edir.

Nəticədə xəstənin əlavə şikayətləri yaranır, koronavirus kənarda qalır və orqanizm tam səfərbər ola bilmir.
Professor Aaron Rinq bildirir ki, belə spesifik reaksiya infeksiyadan sonra bədəndə ağırlaşma və fəsadların qalmasına və orqanizmin uzun müddət özünə gəlməməsinə gətirib çıxarır.


Buna artıq “Long Covid”, yəni uzun kovid deyilir. Bu vəziyyət daha çox 20-49 yaş arası pasiyentlərdə olur. Koronavirusa yoluxanların 10-12%-də long kovid davam edir.


İmmun sistemin belə əks cavab təsiri artrit, revmatizm, qırmızı qurd eşənəyi və skleroz kimi xəstəliklərdə də olur.