Koronavirusun yeni episentri Amerikadır - ÜST

  • 2020.05.23 15:42
  • 895 Baxış
Koronavirusun yeni episentri Amerikadır  - ÜST

Cənubi Amerika COVID-19 pandemiyasının yeni episentrinə çevrilib. Daha çox zərər çəkən isə Braziliya olub.

Medicina.az xəbər verir ki, bunu ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə deyib.

“Cənubi Amerika xəstəliyin yeni bir episentri oldu. Biz bir çox Cənubi Amerika ölkələrində infeksiya sayının artdığını görürük. Əlbəttə, onların əksəriyyətində vəziyyət narahatlıq doğurur, lakin hazırda ən çox zərərçəkən Braziliyadır”, - o bildirib.