Koronavirusun yeni Hindistan ştammı aşkarlandı - İkiqat mutasiyalı

  • 2021.04.06 14:26
  • 1774 Baxış
Koronavirusun yeni Hindistan ştammı aşkarlandı  - İkiqat mutasiyalı



ABŞ-da koronavirusun Hindistan ştammı aşkarlandı. Yeni variant Stanford institutunun alimləri tərəfindən ötən həftə təsdiqlənib.

Medicina.az xəbər verir ki, yeni mutasiya Hindistanda formalaşıb, L452R mutasiyasına malikdir.

Bu ştamm Kaliforniyada 7 adamda aşkarlanıb, mutasiya yeni alovlanma ocağına səbəb ola bilər.

Alimlər bu mutasiyanın nə dərəcədə sürətli yoluxucu və təhlükəli olmasını araşdırır.
Digər ölkələr və ÜST-ə bu barədə məlumat verilib.

Stanford Health hesab edir ki, aşkar olunan xəstələr ABŞ-da ilk rəsmi təsdiqlənmiş faktdır və digər ştatlarda da bundan sonra aşkarlana bilər.

Qeyd edək ki, Hindistanda son 5 gündə yoluxma və ölüm bütün pandemiya dövründəki statistikada rekord həddə çatıb.