Koronavirusun yeni növü aşkarlandı - Litva mutasiyası

  • 2021.04.22 19:07
  • 1484 Baxış
Koronavirusun yeni növü aşkarlandı   - Litva mutasiyası

Litvada koronavirusun hələlik adı E848K olaraq müəyyənləşdirilən, daha əvvəl bilinməyən bir mutasiyası aşkarlanıb.

Medicina.az xəbər verir ki, mutasiya ölkənin şimal-şərqində yerləşən Aniksciay bölgəsində 35 nəfərdə tapılıb.

Qeyd olunub ki, bu mutasiyaya yoluxanların xəstəliyi daha ağır keçirməsinə dair məlumat yoxdur, sözügedən ştamm aşkarlanmış şəxslərin üçdə biri artıq sağalıb.

Yerli televiziya kanalı olan LTR onu “Litva miutasiyası” adlandırıb, təhlükəli olmadığını, Norveç və Danimarkada da rast gəlindiyini iddia edib.