Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun yeni ştammı aşkarlandı

  • 2021.01.21 00:45
  • 1736 Baxış
Koronavirusun yeni ştammı aşkarlandı

ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb.

Virusun yeni forması CAL.20C adlanır.

Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini hesab edirlər. Hazırda CAL.20C geniş yayılıb.

Mutasiyaya uğramış koronavirusa Los-Ancelesdə bir laboratoriyada nümunələrin yarısından çoxunda rast gəlinib.

"Ştamm həqiqətən burada meydana gəlib, onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşları bildiriblər.