Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpələrdə "diş qızdırması" neçə gün davam edir? - Əlamətləri

  • 2025.07.14 08:55
  • 181 Baxış
Körpələrdə "diş qızdırması" neçə gün davam edir? -  Əlamətləri

Diş çıxarma zamanı (xalq arasında “diş qızdırması” kimi tanınır) uşaqda müşahidə olunan qızdırma adətən aşağı dərəcəli olur (37.5–38°C) və 1–3 gün davam edə bilər.

Medicina.az xəbər verir ki, bu dövrdə uşaqlarda həmçinin aşağıdakı əlamətlər görünə bilər:

Diş ətində şişkinlik və qaşınma

Ağızdan daha çox tüpürcək axması

Əsəbilik və yuxu problemləri

Az yemək istəyi

Bəzən ishal və ya səpkilər

Nəzərə alınmalı vacib məqam:

Əgər uşağın qızdırması 38.5°C-dən yuxarıdır və ya 3 gündən çox davam edirsə, bu artıq diş çıxarma ilə yox, başqa bir infeksiya ilə bağlı ola bilər (məsələn, virus və ya bakterial infeksiya). Bu halda həkimə müraciət vacibdir.

Aygün
Mediicina.az