Körpələrə bal yedirmək təhlükəlidir- DİQQƏT!

  • 2019.11.23 12:57
  • 3244 Baxış
Körpələrə bal yedirmək təhlükəlidir-  DİQQƏT!
Körpələr ilk 6 ay ana südü ilə bəsləndikdən sonra əlavə qida tələb etməyə başlayırlar. Mütəxəssislər, anaların bu mövzuda həssas olmağa səsləyir. Xüsusilə alergiyalı qidalardan və baldan qorunmaq üçün xəbərdarlıq edir. 


Medicina.az xəbər verir ki, əlavə qidaya keçid dövründəki  0-1 yaşlı körpələrə bal yedirmək onların sağlamlığı üçün ciddi problemlər yarada bilər. Onların fikrinə görə, əlavə qidaya keçid mərhələli olmalıdır. Lakin bəzi qidalara keçid üçün tələsmək lazım deyil. BU qidalardan biri də baldır. 


Arılar bal hazırladıqda, 'colostridium botalium' adlı bir bakteriyanı  bala ötürülər. Bu bakteriya botulizm adlanan bir növ zəhərlənməyə səbəb ola bilər.


Botulizm körpələrin sinir sisteminə təsir edən və nadir hallarda görülsə də, ölümünə səbəb ola biləcək bir sağlamlıq problemidir. Bu bakteriyalar böyüklər üçün təhlükə yaratmır, çünki yetişkin insanlarda həzm sistemi daha inkişaf etmiş  olur və zəhərin qarşısını alır.


Amma körpələrin həzm sistemində inkişaf etmədiyi üçün 0-1 yaş arasındakı körpələri bakteriyalara qarşı həssas olurlar. 


Botulizmin əlamətləri nələrdir? 


Botulizm simptomları körpəyə bal verdikdən sonra baş verir və bunlara aiddir: 


- Uzun müddətli qəbizlik


- Qol, ayaq və boyun əzələlərində boşalma


- körpənin Zəif və cansız ağlaması 


- Süd əmmıyində azalma, qidalanmaq istəməməsi


- Yorğunluq və tənəffüs çatışmazlığı, tıxanma, xırıltı 


Belə simptomlar digər qida zəhərlənmələrində də baş verə bilər. Bənzər simptomlar baş verərsə dərhal həkimə müraciət etməlisiniz.

Körpələrə bal yedirmək təhlükəlidir-  DİQQƏT!
Körpələrə bal yedirmək təhlükəlidir-  DİQQƏT!