"6 aylıq körpəyə əlavə qidaya başlayarkən analar düşünürlər ki, toyuğu, əsasən ayaqlarını qaynadaraq bulyonunu vermək daha faydalıdır".
Medicina.az xəbər verir ki, bunu pediatr Lalə Səlimova bildirib.
Həkimin sözlərinə görə, toyuq bulyonunda, ayaqlarında kollagen var:
"Əlavə qidaya, xüsusən ətə keçərkən əsas məqsədimiz uşağa lazım olan zülallar, B12, sink, dəmirlə zəngin qidalanmasıdır. Bu vacib elementləri körpə ətdən alır. Bulyon isə sadəcə kollagendir. Ona görə də sadəcə bolyonu körpəyə verməklə çox da faydalı olmursuz. Körpəyə toyuq verəcəksinizsə, yeməyi dadlandırmaq məqsədi ilə bulyonunu verə bilərsiniz. Amma içərisində mütləq ət olsun. Toyuq əti hər körpənin ovuc içi boyda həftədə 2-3 dəfə istifadə etmək olar".
Pediatr qeyd edib ki, ən faydalı ət quzu ətidir:
"Həm həzmi rahatdır, həm də zülalla, dəmirlə, B12 ilə zəngindir. Ona görə də quzu əti daha faydalıdır. Quzu ətini həftədə 5 dəfə istifadə edə bilərsiniz. 8 ayından sonra isə həftədə 2 dəfə balıq vermək olar".
Aygün
Medicina.az